“Sig Sauer” M17X və M18X adlı taktiki tapançalarını satışa təqdim edib

2023/12/sig-s-1702113077.jpg
Oxunub: 6929     13:44     09 Dekabr 2023    
“Sig Sauer” şirkəti 2023-cü il noyabrın 7-dən etibarən yeni M17X və M18X modellərini satışa təqdim etdiyini açıqayıb.

Ordu.az xəbər verir ki, ümumiyyətlə “Sig Sauer” ABŞ hərbi qulluqçularının üstünlük verdiyi bu X seriyası modelləri hərbi istifadəyə daha uyğun hala gətirməyə çalışıb.

M17X və M18X zavodda quraşdırılmış ROMEO-M17 optikası ilə hazırlanıb. Bu optika alüminium gövdəsi və asferik şüşə lensi ilə seçilir, görüntüdə təhrifə yol vermir.

Xüsusi olaraq bu tapançalar üçün nəzərdə tutulmuş ROMEO-M17 tamamilə qapalı, suya davamlıdır və xarici amillərə qarşı qoruma təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sig-Sauer   M17X   M18X  


Bizi "telegram"da izləyin