Cənubi Koreya yeni sualtı qayıq inşasına başlayır

2023/12/1702112826.jpg
Oxunub: 5997     00:29     11 Dekabr 2023    
Cənubi Koreyanın Müdafiə Satınalma Proqramı İdarəsi (DAPA) KSS-III Faza-II proqramında üçüncü və son sualtı qayığın inşası üçün “Hanwha Ocean”ı seçdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Müdafiə Satınalma Proqramı İdarəsi “Hanwha Ocean” ilə dekabrın sonuna qədər başa çatdırılması gözlənilən müqaviləni yekunlaşdırmaq üçün danışıqlar aparacaq.

“Hanwha Ocean” daha əvvəl “Hyundai Heavy Industries” ilə əməkdaşlıq çərçivəsində KSS-III Faza-I proqramında ilk iki sualtı qayığı inşa edib.

Son sualtı qayığın istehsalı üçün “Hanwha Ocean”ın seçilməsi ilə KSS-III Faza-II proqramı çərçivəsində 3 sualtı qayığın istehsalı “Hanwha Ocean”a verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Hanwha-Ocean  


Bizi "telegram"da izləyin