Macarıstan Almaniyadan “Leopard 2A7HU” tankını təhvil alıb

2023/12/1702110563.jpg
Oxunub: 4117     14:45     09 Dekabr 2023    
Macarıstan Sovet dövründən qalma tankları NATO standart platformaları ilə yeniləyir.

Ordu.az xəbər verir ki, Macarıstan Silahlı Qüvvələri Almaniya ilə 2018-ci ildə imzalanan 44 ədəd “Leopard 2A7HU” müqaviləsi çərçivəsində ilk tankı təhvil alıb.

Təhvil verilən ilk “Leopard 2A7HU” haqqında danışan Macarıstan müdafiə naziri Kristof Szalay-Bobrovnicski bildirib ki, bu çatdırılma başlanğıcdır və yaxın günlərdə Macarıstana daha 5 tank gələcək.

Ümumilikdə 44 “Leopard” 2A7HU əsas döyüş tankı sifarişi olan Macarıstanın 2025-ci ilə qədər bütün tankları alması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Almaniya   Leopard-2A7HU  


Bizi "telegram"da izləyin