“Nexter” EDEX 2023 sərgisində Qabaqcıl Əsas Döyüş Tankını təqdim edib

2023/12/1702110351.jpg
Oxunub: 8452     14:24     09 Dekabr 2023    
Dekabrın 4-də yaydığı press-relizdə KNDS dekabrın 4-dən 7-dək Qahirədə keçirilən EDEX sərgisində EMBT tankını müxtəlif növ avadanlıqlarla birlikdə təqdim etdiyini bildirib.

Ordu.az xəbər verir ki, beləliklə, EMBT tankı “Eurosatory 2022” sərgisində olduğu kimi MGCS proqramının az-çox hissəsi olan texnoloji prototip deyil, avtomatik mərmi yükləyicisi olan 4-cü nəsil tank kimi təqdim olunmağa başlayıb.

Bildirilir ki, Misirdəki səırgidə seçilən EMBT tankı, əvvəlki sərgilərdən fərqli olaraq, antidron müdafiəsi təmin etmək üçün yenilənmiş ARX30 uzaqdan idarə olunan qülləsi ilə diqqət çəkib.

Qabaqcıl Əsas Döyüş Tankı (EMBT) avtomatik yükləyicisi olan 120 mm-lik topdan əlavə, vasitəyə güc verən 1500 at gücündə mühərriki ilə gündəmdə yerini alıb.

ARX 30 uzaqdan idarə olunan qüllə “Tiger” helikopterinin 30 mm-lik topu ilə təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nexter   EDEX-2023  


Bizi "telegram"da izləyin