Kanada İsveçdən PUA kameralarını Türkiyəyə satmağı tələb edir

2023/12/2023--1702110194.jpg
Oxunub: 6486     13:22     09 Dekabr 2023    
İsveç Pilotsuz Uçuş Aparatı (PUA) kameralarının Türkiyəyə satışı üçün Kanadaya müraciət edib.

Ordu.az xəbər verir ki, Kanadanın “Wescam” şirkətinin istehsalı olan elektro-optik kameraların satışı üçün İsveçin NATO-ya üzvlüyünün qəbul edilməsi xahiş olunur.

Kanadanın embarqo qoyduğu kameraların Türkiyədə milliləşdirilməsi prosesi isə sona yaxınlaşır.

Qeyd edək ki, Kanada Qarabağ müharibəsinin 2-ci mərhələsi zamanı Türkiyənin Azərbaycana “Bayraktar TB2” PUA-larını göndərməsi səbəbindən Türkiyəyə müdafiə sənayesi embarqosu tətbiq etmək qərarına gəlib.

Kanadanın tətbiq etdiyi embarqo “Bayraktar TB2” zərbə tipli PUA-sının “gözü” olan, Kanadanın “Wescam” şirkətinin istehsalı olan MX-15D elektro-optik sistemini əhatə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   İsveç   PUA   Türkiyə  


Bizi "telegram"da izləyin