“Türksat” Yerüstü Peyk Sistemləri İxtisası Mərkəzi istifadəyə verilib

2023/12/2023--1702110012.jpg
Oxunub: 345     17:47     09 Dekabr 2023    
“Türksat” Yerüstü Peyk Sistemləri İxtisası Mərkəzi 2023-cü il noyabrın 13-də Kahramankazan Kosmos və Aviasiya İxtisaslaşdırılmış Sənaye Bölgəsində təşkil edilən mərasimlə istifadəyə verilib.

Ordu.az xəbər verir ki, “Türksat” peykləri vasitəsilə televiziya, radio və internet xidmətləri Gölbaşıdakı peyk antena sistemləri və peyk yerüstü stansiyaları ilə təmin edilib.

Fövqəladə hallar və ya sistemlə bağlı fövqəladə hallar zamanı bütün trafikin tez bir zamanda ötürülməsi, fəaliyyətə hazır vəziyyətdə və fərqli bir yerdə olması zərurətindən ehtiyat mərkəzi 28 min 800 kvadratmetr sahədə antenna və alt sistemləri ilə hazır vəziyyətə gətirilib.

Gölbaşıda xidmət göstərən yerüstü stansiyalar Kahramankazandakı sistemlərlə heç bir fasilə, nasazlıq və ya təcili xidmət kəsilməsi olmadan xidmət göstərməyə davam edəcək.

Mərkəz 13 milyon dollara tikilib. “Türksat-5B” və “Türksat 4B” peykləri üçün ehtiyat təmin etmək məqsədilə həyata keçirilən mərkəzdə binanın daxilində 460 kvadratmetr ağ sahəyə malik sistem zalı var.

Burada 2 meqavatlıq enerji infrastrukturu, bütün peyklərə xidmət edə biləcək 2 ədəd 9 metrlik peyk nəzarət antenası və “Türksat” 3A, 4A, 5B və 6A peyklərinə xidmət göstərəcək 2 ədəd 7,6 metrlik televiziya yayım antenası sistemi mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türksat   Yerüstü-Peyk  


Bizi "telegram"da izləyin