Vaşinqton formatı Bakının razılığı ilə canlanır? – BAXIŞ BUCAĞI

2023/12/blink-1702109039.jpg
Oxunub: 4982     14:33     09 Dekabr 2023    
ABŞ Dövlət katibinin köməkçisi Ceyms O-Brayn Bakıya səfərindən sonra sosial şəbəkədə bildirib ki, dövlət katibi Blinken Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda keçiriləcək görüşü səbirsizliklə gözləyir.

Dekabrın 6-da o, Bakıya gəlib, İlham Əliyevlə danışıqlar aparıb, sonra həmin danışıqları müsbət və konstruktiv qiymətləndirib. İntriqa daha əvvəl, həmin O-Brayn Konqresdəki dinləmələr zamanı Bakının narazılığına səbəb olan bəyanatlar verəndə başlayıb.

İlham Əliyev O-Braynın səfəri ərəfəsində onun sözlərini xatırladaraq qeyd edib ki, ABŞ Azərbaycanla münasibətlərin əvvəlki kimi olmayacağını bəyan edib. İlham Əliyev bildirib ki, bu, Vaşinqton formatının ləğvi deməkdir və yalnız Brüssel və Moskva formatları qalır. Eyni zamanda Azərbaycan Prezidenti O-Braynın səfəri zamanı məsələnin gələcək taleyinə aydınlıq gələcəyini qeyd edib və “ondan münasibətlərin həmişəki kimi işgüzar əsasda davam edəcəyini eşitməyə ümid etdiyini” söyləyib.

Noyabrın 28-də ABŞ Dövlət katibi Ermənistan Baş naziri və Azərbaycan Prezidenti ilə telefon danışıqları aparanda İlham Əliyev O-Braynın səfəri ilə bağlı Blinkenlə razılığa gəlmişdi. Faktiki olaraq Azərbaycan Prezidenti O-Braynla görüşdən əvvəl verdiyi bəyanatla xatırlatma edib və deyib ki, əgər ABŞ Bakı ilə həmişəki kimi davranmasa, Bakı həmişəlik Vaşinqtonun formatından imtina edəcək.

O-Brayn İlham Əliyevlə görüşdükdən sonra isə Blinkenin Bayramov və Mirzoyanı gözlədiyini bildirir. Bu nə deməkdir? ABŞ Azərbaycanın tələblərini qəbul edib? Azərbaycanın ABŞ-yə xəbərdarlığı effekt verib?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin