Türkiyədə PUA lisenziya və sertifikatlarının sayı 1,5 milyona çatıb

2023/12/2023--1702106950.jpg
Oxunub: 3641     12:55     09 Dekabr 2023    
Pilotsuz Uçuş Aparatları (PUA) sərhəd təhlükəsizliyindən tutmuş axtarış-xilasetmə fəaliyyətlərinə, kənd təsərrüfatı sahələrinin və meşələrin təftişindən tutmuş xəritə işlərinə qədər bir çox sahədə istifadə olunur.

Ordu.az xəbər verir ki, Türkiyədə 2017-ci ildə PUA-ların ümumi sayı 17 min 77 olduğu halda, dekabrın 5-nə bu rəqəm 268,3 faiz artaraq, 62 min 892-yə çatıb.

Verilən lisenziya və sertifikatların sayı isə 1 milyon 450 min 530-a yüksəlib.

Türkiyədə PUA-ların istifadəsi, idxalı, satışı, qeydiyyatı, uçuşa yararlılığı, hava hərəkəti xidmətləri və PUA əməliyyatları ilə bağlı prosedur və prinsiplər Nəqliyyat və İnfrastruktur Nazirliyi SHGM tərəfindən tənzimlənir.

PUA-nın uçuş qaydaları sözügedən vasitənin çəkisi və istifadə səbəbinə görə dəyişsə də, çəkisi 500 qram və daha çox olan PUA-lar sistemdə qeydiyyatdan keçməli və SHGM-dən icazə alınmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin