Rumıniya ilk 4 ədəd S-70M “Black Hawk” helikopterini təhvil alıb

2023/12/2023--1702106636.jpg
Oxunub: 3109     18:21     09 Dekabr 2023    
Rumıniya Daxili İşlər Nazirliyi ABŞ-nin “Sikorsky” şirkətinin istehsalı olan ilk 4 ədəd S-70M “Black Hawk” helikopterini təhvil alıb.

Ordu.az xəbər verir ki, 2023-cü ilin sonuna kimi daha 2 helikopterin Rumıniyaya çatdırılması planlaşdırılır.

Avropa İttifaqının (Aİ) VISION 2020 Layihəsi çərçivəsində önümüzdəki 4 il ərzində Rumıniyaya ümumilikdə 12 ədəd S-70M “Black Hawk” helikopterinin tədarükü hədəflənir.

Avropa “HeliPol” layihəsi çərçivəsində alınan əlavə “Black Hawk” helikopterinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir və bu, Rumıniya Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətini artırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   S-70M   Black-Hawk  


Bizi "telegram"da izləyin