Avstraliya “Redback” ZDV-sinin tədarükü üçün Cənubi Koreya ilə müqavilə imzalayıb

2023/12/AS21--1702106181.jpg
Oxunub: 7162     15:15     09 Dekabr 2023    
Avstraliya Cənubi Koreya ilə “Redback” Zirehli Döyüş Vasitəsinin (ZDV) tədarükü üçün 2,4 milyard dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, sözügedən təchizat müqaviləsi Cənubi Koreyanın müdafiə və aviasiya şirkəti “Hanwha” ilə Avstraliya Müdafiə Nazirliyinin Qabiliyyət Alma və Davam Qrupu (CASG) arasında imzalanıb.

Müqavilə 129 ədəd AS21 “Redback” ZDV-sinin tədarükünü əhatə edir.

“Redback” vasitılərinin salınması Avstraliyanın “Land 400” Faza 3 tenderi çərçivəsində həyata keçirilir.

Avstraliya Silahlı Qüvvələrinin ZDV tələbini qarşılamaq üçün başladılan “Land 400” Faza 3 tenderində Cənubi Koreyanın “Hanwha Defense” şirkəti tərəfindən hazırlanan AS21 “Redback” və Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən hazırlanan “Lynx KF-41” vasitələri yarışırdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Redback   ZDV  


Bizi "telegram"da izləyin