Rusiya Arktikada hərbi mövcudluğunu artırır – HESABAT

2023/12/2023--1702105962.jpg
Oxunub: 602     20:11     09 Dekabr 2023    
Rusiya böyük sərmayələr qoyur və Arktikada hərbi mövcudluğunu artırır, eyni zamanda Asiya ilə Avropanı birləşdirən şimal dəniz yolunu inkişaf etdirmək səylərini sürətləndirir.

Ordu.az xəbər verir ki, ABŞ-də yerləşən “Middle East Instutie” analitik mərkəzinin hesabatına görə, Rusiya özünün nüvə agentliyi “Rosatom”un yeni sahib olduğu Çukotka buzqıran gəmisini gücləndirəcək 2 yeni RITM-200 reaktorunu təqdim edib.

Qərbin Rusiyaya qarşı sanksiyaları səbəbindən Rusiyanın Arktika ambisiyalarını genişləndirmək məqsədi daha da kəskinləşib.

Moskva sanksiyaya salınmış karbohidrogen ehtiyatlarını Şimal dəniz yolu ilə Asiyaya nəql etmək istəyir.

Rusiya Prezidenti Vladimir Putin iqtisadi çətinliklərlə üzləşən bu marşrutun inkişafını “açıq-aşkar strateji prioritetlərdən biri” adlandırıb.

Ötən il Ukraynaya hücuma başlayandan sonra Rusiya 2035-ci ilə qədər Şimal Dənizi Marşrutunun inkişafı layihəsinə təxminən 20 milyard avro sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Rəsmilər bildirirlər ki, bu yaxınlarda əlaqə limanlarının sayı 4-dən 11-ə çatdırılıb və marşrut uzaq şərqdəki Vladivostok şəhərinə qədər uzadılıb.

Rusiya hakimiyyəti 2030-cu ildə Şimal Dənizi Marşrutu ilə 190 milyon tondan çox yük daşımağa ümid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Arktika  


Bizi "telegram"da izləyin