Çin Kambocanın “Ream” Hərbi Dəniz Bazasında lövbər salan ilk ölkə olub

2023/12/1702102962.jpg
Oxunub: 4943     16:47     09 Dekabr 2023    
Çin Tailand körfəzindəki Kambocanın “Ream” Hərbi Dəniz Bazasına dəniz gəmilərini bağlayan ilk ölkə olub.

Ordu.az xəbər verir ki, Kambocanın müdafiə naziri Tea Seiha dekabrın 3-də sosial media platforması “Facebook”da dəniz bazasında lövbər salan ən azı 2 Çin donanma gəmisinin şəkillərinin yer aldığı paylaşım edib.

Nazir Teanın dəniz bazasındakı işləri və ölkə donanmasının təlim hazırlıqlarını yoxlamaq üçün bazaya gəldiyi bildirilib. Paylaşılan fotoşəkillərdə Kamboca rəsmiləri ilə Çinin Pnompendəki səfiri Vanq Ventyanın bir yerdə olduğu görüntülənib.

“Planet Labs PBC” şirkəti tərəfindən təqdim edilən peyk görüntülərini araşdıran “Associated Press” (AP) bazada lövbər salmış kimi görünən 2 Çin gəmisinin nazirin sosial media hesabında paylaşılan fotoşəkillərlə üst-üstə düşdüyünü ortaya qoyub.

AP xəbərində hər iki gəminin ölçülərinə görə “Tip 056” Çin korvetləri ola biləcəyi ifadə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kamboca   Ream  


Bizi "telegram"da izləyin