Yunanıstan 100 ədəd “Spike SR” tank əleyhinə raketi və AW139 helikopterinin alınmasına razılıq verib

2023/12/1702102913.jpg
Oxunub: 8392     19:08     09 Dekabr 2023    
Yunanıstan Baş Qərargah Şurası ölkənin ordusu üçün böyük əhəmiyyət kəsb edən bir proqram olan NSPA vasitəsilə daha əvvəl planlaşdırılan 100 ədəd “Spike SR” tank əleyhinə raketinin alınmasını təsdiqləyib.

Ordu.az-ın xəbərinə görə, satınalma NSPA (NATO logistika dəstəyi agentliyi) vasitəsilə həyata keçirilir ki, bu da ölkənin raket üçün toplu sifarişlərdə endirimlər alacağı deməkdir.

Yunanıstan Hərbi Hava Qüvvələri (HHQ) üçün 14 ədəd “Leonardo” AW139 axtarış-xilasetmə helikopterinin alınması təklifini də təsdiqləyib.

SST-4 və SUT torpedoları üçün batareyaların alınması da Baş Qərargah Şurası tərəfindən təsdiqlənib.

Həmçinin hesabatlar göstərir ki, Yunanıstan Baş Qərargah Şurası bütün satınalmalara əlavə olaraq “gəzən sursat” da alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Spike-SR  


Bizi "telegram"da izləyin