“Raytheon” Pentaqon ilə 321 milyon dollarlıq müqavilə imzalayıb

2023/12/1702102217.jpg
Oxunub: 5320     15:57     09 Dekabr 2023    
“Raytheon” ABŞ Müdafiə Nazirliyi ilə “Silent Knight” ərazi izləmə radarının istehsalı üçün 321,2 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə ilə ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı “Raytheon”dan AN/APQ-187 “Silent Knight” ərazi izləmə radarı alacaq.

“Silent Knight” radar sistemi ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı tərəfindən istifadə edilən MC-130H/J “Hercules”, MH/HH-47 “Chinook”, MH-60M “Pave Hawk” və CV-22 “Osprey” hava vasitələri üçün təhlükəsiz aşağı hündürlükdə naviqasiyanı asanlaşdırmaq məqsədilə dizayn edilmiş K diapazon ərazi izləmə-ərazidən qaçma (TF-TA) radarıdır.

Bildirilir ki, sistem indiyədək 69 MH-47G, 72 MH-60M, 50 CV-22 və 20 MC-130H olmaqla 211 hava vasitəsinə inteqrasiya olunub. Sistem mövcud AN/APQ-174, AN/APQ-186 və AN/APQ-170(Ku) sistemlərini əvəz edir.

AN/APQ-187 10-555 km/saat arasındakı sürətlərdə, düz və dönmə uçuşda, yer səviyyəsindən 30-300 metr hündürlükdə saatda 10 mm-ə qədər yağışda işləmək qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Pentaqon  


Bizi "telegram"da izləyin