KİV: Paşinyanın Qərb sponsorları fors-major hallar zamanı artıq B planını hazırlayıblar

2023/12/1702101756.jpg
Oxunub: 3241     15:01     09 Dekabr 2023    
Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır və onun Qərb sponsorları fors-major hallar zamanı artıq B planını hazırlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.

Nəşrə görə, Qərb çox yaxşı başa düşür ki, Nikol Paşinyanın reytinqi həddən artıq aşağıdır.

“Böyük ehtimalla Paşinyan hətta gələn ilin mayında keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri vasitəsilə hakimiyyətin yenidən ələ keçirilməsini də uğurla həyata keçirə bilməyəcək. Hakimiyyət növbədənkənar parlament seçkilərinə çox qızğın şəkildə hazırlaşır, xüsusən də bəzi yerlərdə bütün inzibati rıçaqları ələ keçirməyə, bütün icmalara, eləcə də bəzi dövlət strukturlarına total nəzarət yaratmağa çalışır. Paşinyan nəyin bahasına olursa-olsun, iki müxalifət qüvvəsini parlamentdən kənarda qoymaq və parlamentə onu tənqid edən digər siyasi qüvvələri, yaxud psevdo-müxalifət siyasi qüvvələrini gətirmək istəyir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qərb  


Bizi "telegram"da izləyin