“Əgər hər şey tez baş verirsə və dəqiqləşdirilməmiş məsələlər varsa, deməli, Ermənistan birtərəfli qaydada güzəştə gedib” - Erməni deputat

2023/12/image-1702101534.jpg
Oxunub: 6494     17:18     09 Dekabr 2023    
“Nikol Paşinyan 29 min 800 kvadrat kilometrdən danışır, amma sual yaranır ki, bunu Azərbaycan qəbul edir, ya yox?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər hər şey tez baş verirsə və dəqiqləşdirilməmiş məsələlər varsa, deməli, Ermənistan birtərəfli qaydada güzəştə gedib.

“Əgər hər şey tez baş verirsə və dəqiqləşdirilməmiş məsələlər varsa, deməli, Ermənistan birtərəfli qaydada güzəştə gedib, çünki mən Azərbaycandan hər hansı güzəştlə bağlı heç bir açıqlama eşitməmişəm”, - deyə Rüstəmyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin