15 erməni hərbi qulluqçu yanaraq necə ölüb? - ƏTRAFLI

2023/12/maxre-1702101186.jpg
Oxunub: 8304     14:35     09 Dekabr 2023    
Dekabrın 8-də Göyçə vilayətinin Ağkilsə kəndindəki hərbi sığınacaqda yanaraq ölən 15 erməni hərbi qulluqçunun işi üzrə zərərçəkən Levon Xaratyan dindirilib.

Ordu.az xəbər verir ki, Levon Xaratyan yataq otağında çarpayıların düzülməsini təsvir edib.

“İki mərtəbəli çarpayılar hərbi idi. Qapını açan kimi qarşıda idi. Yataq otağının qapısında dəmir qıfıl var idi, yatdıqdan sonra onu bağlayardıq”, - deyə Xaratyan bildirib.

Yanğın baş verən gün Levon növbətçi olub. O qeyd edib ki, bayırda olub, isinmək üçün iki dəfə sığınacağa daxil olub, birinci dəfə daxil olanda Yeğişe Hakopyan gedib odun gətirməsini tapşırıb, odun gətirib.

Xaratyan deyib ki, ikinci dəfə sığınacağa daxil olanda artıq yanğın baş verdiyini görüb.

“Odunu gətirdim dedim ki, içərisində kömür var, dizelə ehtiyac yoxdur, özü yanacaq, odunu sobaya qoydum. İlk dəfə idi ki, Yeğişenin bizim yanımızda soba yandırmaq istədiyini görürdüm. Evə girdim, kadr-kadr yadımdadır, Yeğonun əli yanırdı, ağrıdan qışqırırdı, forma geyinmişdi, əlindəki yanğını söndürmək istəyirdi, mən də qışqırdım k, həyəcandır, yanğındır. Pencəyimi və silahımı çıxarıb söndürməyə başladım”, - deyə o vurğulayıb.

Xaratyan qeyd edib ki, sobanı benzinlə yandırmağın düzgün olmadığını bilirdilər, dizel yanacağı ilə yandırırdılar.

“Odun doldurduq, dizellə başqa yanacağı qarışdırırdıq və onları da doldururduq. Hamımız başa düşürdük ki, soba benzinlə yandırılmır”. - deyə o bildirib.

Erməni zərərçəkən deyib ki, alov çox güclü olub, özünü qarın içinə atıb.

“Bir neçə nəfər pəncərədə idi, kimisə çıxarmaq istəyirdilər, yadımdadır, bir nəfər çıxdı, Qaruş idi, biri də 07 ilə xəstəxanaya aparıldı, sonra 4 gün komada qaldım”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göyçə   Ağkilsə  


Bizi "telegram"da izləyin