Erməni general: “Azərbaycanda növbədənkənar prezident seçkilərinə qədər sülh istiqamətində addımlar atılmalıdır”

2019/12/Gagik-1575627915.jpg
Oxunub: 443     15:29     09 Dekabr 2023    
“Mənə elə gəlir ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinə qədər (fevralın 7-də keçiriləcək) sülh istiqamətində addımlar atılmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan deyib.

O qeyd edib ki, dayanan proses hərəkətə gələcək.

“Hərəkətlənmə artıq əsirlərin dəyişdirilməsi ilə başlayıb. Mənə elə gəlir ki, növbəti addım Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ABŞ-də görüşü olacaq”, - deyə Melkonyan bildirib.

“Azərbaycan indiyə qədər Rusiya platformasına üstünlük verdiyi üçün Qərb platformalarında danışıqlar aparmağa razı olacaqmı?” sualına erməni general belə cavab verib: “İlham Əliyev hələ də Rusiya platformalarına üstünlük verir, çünki həmin platforma ona daha sərfəlidir”.

Azərbaycanın təklif etdiyi Ermənistan-Azərbaycan ikitərəfli danışıqlar platformasına gəlincə, erməni deputat bildirib: “İkitərəfli danışıqların uğur qazanacağını düşünmürəm, bu, bizim üçün arzuolunmazdır. Problem ondadır ki, orada zəmanətçi lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin