MSK: Prezidentliyə namizədlərin siyahısı 2024-cü il yanvarın 18-dək dərc edilməlidir

2023/12/15104-1702060701.jpg
Oxunub: 5867     22:25     08 Dekabr 2023    
Növbədənkənar prezident seçkilərinə qeydə alınmış namizədlərin siyahısı 2024-cü il yanvarın 18-dək dərc edilməlidir.

Ordu.az-ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermə gününə azı 20 gün qalanadək siyahını dərc etməsi tövsiyə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSK   Namizədlər  


Bizi "telegram"da izləyin