Ukrayna Azərbaycanla Ermənistanın normallaşma istiqamətində addımlarını dəstəkləyir

2023/12/65732-1702049557.jpg
Oxunub: 8080     18:54     08 Dekabr 2023    
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində səyləri dəstəklədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in "X" hesabında bildirilib.

“Ukrayna Azərbaycan və Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları dəstəkləyir. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində onların suverenliyinə və ərazi bütövlüyünə sadiqik.

Ukrayna Azərbaycan və Ermənistan arasında münaqişənin dinc və diplomatik yollarla yekun həllini dəstəkləyir”, - Ukrayna XİN vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin