Aİ HAMAS hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib

2023/10/1698123449.jpg
Oxunub: 6417     18:05     08 Dekabr 2023    
Avropa İttifaqı Şurası HAMAS-ın hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu addım hərəkatın oktyabrın 7-də İsrailə hücumuna cavab olaraq atılıb.

Bildirilib ki, Aİ Şurası iki şəxsin Aİ-nin terrorçular siyahısına daxil edilməsinə qərar verib.

Bu şəxslər HAMAS-ın hərbi qanadının 2002-ci ildən (“Ezzedin al-Qassam Briqadaları”) generalı olan Məhəmməd Deif və HAMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsadır.

Sanksiyaya uyğun olaraq, bu şəxslərin Aİ-yə üzv dövlətlərindəki vəsaitləri və digər maliyyə aktivləri dondurulacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   HAMAS  


Bizi "telegram"da izləyin