Polşa XİN Azərbaycan və Ermənistanın birgə bəyanatını sülh yolunda vacib addım adlandırıb

2023/12/45544-1702043289.jpg
Oxunub: 2221     17:46     08 Dekabr 2023    
Polşa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın birgə bəyanatını sülh yolunda vacib addım adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşa XİN-in "X" hesabında bildirilib.

"Polşa Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın və Ermənistanın saxlanılan erməni və azərbaycanlı hərbçilərin qarşılıqlı azadlığa buraxılması və digər etimad quruculuğu tədbirlərinə dair birgə bəyanatını alqışlayır.

Bu, sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addımdır", - XİN bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin