Əli Hüseynli: “Azərbaycan lokal antiterror tədbirlərini uğurla həyata keçirib”

2023/12/16011-1702042112.jpg
Oxunub: 2010     17:10     08 Dekabr 2023    
Azərbaycan bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq lokal antiterror tədbirlərini uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında çıxışı zamanı deyib.

“Qeyd edim ki, bununla da Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın 4-cü maddəsi yerinə yetirilib. Eyni zamanda, ölkəmizin suverenliyi tamamilə bərpa olunub. Antiterror tədbirlərindən sonra Qarabağdakı erməniəsilli vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əli-Hüseynli   Antiterror-tədbirləri  


Bizi "telegram"da izləyin