Türkiyə Prezidenti daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib

2022/03/56362-1648217521.jpg
Oxunub: 5337     16:33     08 Dekabr 2023    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, o, bu barədə “TRT World Forum 2023 - Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında danışıb.

“Baş verən proseslər “Dünya beşdən böyükdür” prinsipimizin nə qədər doğru olduğunu bir daha göstərir”, - dövlət başçısı söyləyib.

R.T.Ərdoğan bildirib ki, beynəlxalq təşkilatlar dünyadakı problemlərin qarşısını ala bilmir: “Biz gecikmədən hərəkətə keçməliyik. Əks halda, daha böyük xaosla üzləşəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan  


Bizi "telegram"da izləyin