Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib

2023/06/1686739026.jpg
Oxunub: 5376     16:15     08 Dekabr 2023    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan “TRT World Forum 2023 - Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında çıxışı zamanı deyib.

“Beynəlxalq təhlükəsizliyə görə məsuliyyət daşıyan beynəlxalq təşkilatlar işlərinin öhdəsindən gələ bilmirlər. Bu gün bu, daha aydın görünür”, - o bildirib.

R.T.Ərdoğan qeyd edib ki, dünya çətin mərhələdən keçir: “Türkiyə dünyada sülhün təmin olunması üçün əlindən gələni edir. Həqiqətən, indi ədalətli sülhə ehtiyac var. Ədalətli sülhün məğlubu olmaz”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin