Fəxrəddin Altun: "Türkiyənin ciddi təsir imkanlarından narahat olanlar var"

2020/10/fexre-1602830719.jpg
Oxunub: 5649     15:57     08 Dekabr 2023    
Türkiyə bu gün ciddi təsir imkanına malik regional dövlətlərdən və beynəlxalq aktorlardan birinə çevrilib.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti İdarəsinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “TRT World Forum 2023 - Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bundan narahat olan qüvvələr var: “Həmin güclər zaman-zaman Türkiyəyə qarşı informasiya müharibəsi aparıblar. Amma biz bu hücumların qarşısını ala bilmişik”.

F. Altun, həmçinin dezinformasiya ilə müharibədən danışıb. “Qarabağ müharibəsində gördük ki, dezinformasiyanın qlobal müharibədə zəhərə çevrilməsinin qarşısını ala bilərik. Eyni hal Ukraynadakı müharibədə və digər geosiyasi proseslərdə də müşahidə olunub. Türkiyə dezinformasiyaya qarşı uğurla mübarizə aparır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fəxrəddin-Altun   Türkiyə  


Bizi "telegram"da izləyin