“Bayraktar TB3” PUA-sı sistem performans sınağını uğurla tamamladı - VİDEO

2023/12/Ekran-1702032575.jpg
Oxunub: 2484     14:38     08 Dekabr 2023    
“Baykar” tərəfindən milli olaraq hazırlanmış “Bayraktar TB3” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) sistem performans sınağını uğurla tamamlayıb.

Ordu.az xəbər verir ki, beləliklə, TB3 7500 fut yüksəklikdə 6 saat davam edən 11-ci sınaq uçuşunu uğurla başa vurub.

Türkiyənin ilk milli turbodizel aviasiya mühərriki TEI-PD170-in “Bayraktar TB3” ilə uçuş sınaqları Tekirdağın Çorlu ilççəsindəki Akıncı Uçuş Tədris və Sınaq Mərkəzində davam edir.

“Bayraktar TB32 PUA-sı qatlana bilən qanad quruluşu ilə TCG “Anadolu” kimi qısa uçuş-enmə zolaqlı gəmilərdən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk zərbə tipli PUA olacaq.

“Baykar” İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar TCG “Anadolu” gəmisində “Bayraktar TB3” üçün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırdıqlarını açıqlayıb.

“Bayraktar TB3”ün sahib olacağı imkanlar bu sinifdəki PUA-lar üçün əhəmiyyətli bir yenilik olacaq.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin