“Paşinyan strateji əhəmiyyət kəsb edən ərazilərin anklav adı altında Azərbaycana verilməsinə razıdır” - Aşotyan

2021/04/Ashot-1617951025.jpg
Oxunub: 4129     15:00     08 Dekabr 2023    
“Gülməlidir ki, Ermənistan cəmiyyətinin danışıqlar aparılmış sənədin məzmunundan xəbəri yoxdur və biz fraqment sızmalardan və ya Azərbaycan xadimlərinin çıxışından erməni xalqı üçün taleyüklü qərarlar barədə təxminlər aparmalı, təhlil etməli və ümumi fikir formalaşdırmalıyıq”.

Ordu.az xəbər verir ki, bunu hazırda həbsdə olan Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

O qeyd edib ki, Paşinyan strateji əhəmiyyət kəsb edən ərazilərin anklav adı altında Azərbaycana verilməsinə prinsipial olaraq razıdır.

“Şübhə etmirəm ki, Azərbaycan “ərazilərimizi” kağız üzərində tərk etməyəcək. Ən yaxşı halda delimitasiya adı altında gedən proses on illər çəkə bilər”, - deyə Aşotyan bildirib.

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini vurğulayıb ki. ancaq bunların hamısı detallardır.

“Tərəflərin strateji yanaşmalarını təhlil etdikdə, danışıqlar prosesinin erməni xalqı üçün bütün səfalətini görmək olar. Paşinyan üçün mümkün fövqəladə vəziyyət ilk növbədə Serj Sarkisyanın dediyi təkrar kapitulyasiyanı legitimləşdirmək üçün potensial alətdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Anklav   Azərbaycan  


Bizi "telegram"da izləyin