Türkiyə müdafiə sənayesi sahəsindəki gücünü Misir və digər Afrika ölkələrinə daşımaq istəyir

2023/12/1702025256.jpg
Oxunub: 8610     16:12     08 Dekabr 2023    
Türkiyə milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfekçi Türkiyənin müdafiə sənayesi sahəsindəki güc və imkanlarını Misirə, oradan da digər Afrika ölkələrinə daşımaq istədiklərini bildirib.

Ordu.az xəbər verir ki, dekabrın 4-də Misirin paytaxtı Qahirədə başlayan Misir Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə (EDEX-2023) qatılan türkiyəli nazir müavini qiymətləndirmələr verib.

Tüfekçi son zamanlar Türkiyə-Misir münasibətlərində müsbət irəliləyişlərin olduğunu və 10 ildən sonra qarşılıqlı səfirlərin təyin olunduğunu bildirib.

“Misir bizim bir ölkə olaraq köhnə dostumuz kimi qəbul etdiyimiz və 400 il Osmanlı İmperiyası ilə birlikdə yaşadığımız dost ölkədir. Son zamanlar bəzi siyasi proseslərlə bağlı münasibətlərimizdə durğunluq olsa da, canlanma var”, - deyə o bildrib.

Tüfekçi EDEX-2023 sərgisində Türkiyədən 23 şirkətin stend açdığını, 10-a yaxın Türkiyə şirkətinin isə stend açmadan sərgiyə qatıldığını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tüfekçi   EDEX-2023   Türkiyə  


Bizi "telegram"da izləyin