“Hraparak”: Azərbaycan Ermənistan-Gürcüstan dövlətlərarası yolunu da nəzarət altına alanda heç kim küçəyə çıxmayacaq

2020/05/22222-4771978239.jpg
Oxunub: 7878     15:43     08 Dekabr 2023    
Niyə düşünən insanlar, müxalifətçilər ictimai biganəlik, laqeydlik mövzusunu bu qədər danışır, müzakirə edirlər?

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, niyə Ermənistan hakimiyyəti bu laqeydliyi dərinləşdirmək, insanları daha passiv və ünsiyyətsiz etmək üçün hər şeyi edir?

“Çünki biganə insan pis vətəndaşdır, hər şeyə dözür, heç nəyə qarşı mübarizə aparmır, ölkəni kimin idarə etməsi, hansı qərarların qəbulu ilə maraqlanmır. Ölkəyə qarşı biganədir. Gorus-Qafan avtomobil yolunun rəqibə təhvil veriləndə, Qafan hava limanından 50 metr aralıda Dığ, Hand, Zod və İstisu (Cermuk) yaşayış məntəqələri yaxınlığında rəqibin hərbi qulluqçusu peyda olanda biganə xalq küçələrə çıxmayıb. Xalq Qarabağ üçün küçələrə çıxmayıb, Kərki və Əskiparanın təhvil verilməsi zamanı rəqib Ermənistan-Gürcüstan dövlətlərarası yolunu da nəzarət altına alanda da çıxmayacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət   Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin