“Bizi daha böyük bir fəlakət qarşısında qoyacaqlar, buna görə də repressiyalara gedirlər” - Erməni deputat

2023/12/1702024926.jpg
Oxunub: 242     16:02     08 Dekabr 2023    
“Ermənistanda Nikol Paşinyanın başçılıq etdiyi tam diktatura qurulur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

Onun sözlərinə görə, Ermənistan parlamentində Korrupsiyaya qarşı mübarizə komissiyasının rəhbəri Haykuhi Harutyunyanın ünvanına “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatlarının alçaldıcı və tənqidi çıxışları söylənənlərin sübutudur.

Danielyan qeyd edib ki, Paşinyanın partiyasının üzvləri dərhal əsəbiləşirlər, öz aralarında geniş birləşməyə başlayırlar və yuxarıdan gələn əmrlə həmin şəxsi qınayırlar.

“Paşinyanın partiyası həmçinin həmin vəzifəni də ələ keçirmək və onu da göstərmək istəyir ki, kimsə hakim partiyanın hansısa üzvü haqqında fikir bildirməyə cürət etməsin. Bizi daha böyük bir fəlakət qarşısında qoyacaqlar, buna görə də repressiyalara gedirlər”, - deyə erməni deputat vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Diktatura  


Bizi "telegram"da izləyin