Erməni ictimai xadim: “Ermənistan iqtisadiyyatının ixracının böyük hissəsi Rusiyadan asılıdır və orada bu rıçaqdan istifadə edirlər”

2023/12/1702024799.jpg
Oxunub: 186     14:45     08 Dekabr 2023    
“Erməni iş adamlarının bəzi mallarının “Yuxarı Lars”dan Ermənistana qaytarılmasının həm siyasi səbəbləri var, həm də malların keyfiyyəti ilə bağlı problemlər mövcuddur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Aqrar Kəndli Birliyinin sədri, erməni ictimai xadim Hraç Berberyan deyib.

Onun sözlərinə görə, bu gün hamı başa düşür ki, Ermənistan iqtisadiyyatının ixracının böyük hissəsi Rusiyadan asılıdır və orada bu rıçaqdan istifadə edirlər.

“Yadınızdadırsa, şərab, konyak ilə bağlı problemlər var idi, sözlərimə görə üzr istəyirəm, amma bunlar Rusiya tərəfdən “dişovi priyom”lardır. Erməni tərəfindən də problemlər var, çünki bizim hökumət hər hansı problemi həll etmək istəyirsə, ilk növbədə o məsələlərlə məşğul olmalı idi. Bizim hakimiyyətin nümayəndələri KTMT tədbirlərinə getmirdilərsə, belə olmalı olduğu ilə bağlı ictimaiyyətə məlumat verməli idilər və problemləri əvvəlcədən hesablamağa çalışmalı idilər. Əgər hökumət Avropa İttifaqına getmək qərarına gəlibsə, bu gün insanların fakt qarşısında qalmaması üçün bütün qüvvələrini qabaqcadan yenidən təşkil etməli idi”, - deyə Berberyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İqtisadiyyat   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin