Erməni ekspert: “2024-cü il Ermənistan və region üçün həlledici il olacaq, İlham Əliyev bunu başa düşür, hazırlaşır, biz isə...”

2023/12/1702024702.jpg
Oxunub: 2567     17:12     08 Dekabr 2023    
“Ötən gün bir sıra mühüm hadisələrlə dolu idi, mən sizin diqqətinizi çəkmək istərdim ki, bunlardan biri də Azərbaycanda elan edilmiş növbədənkənar seçkilər mövzusudur”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək (bunlar 2025-ci ilə təyin edilmişdi).

“Bu hal çoxları üçün gözlənilməz oldu, bəs bunun səbəbi nədir və bundan bizə “nə”? Dərhal qeyd etməliyəm ki, məncə, bunun bir neçə səbəbi var. Bunların həm daxili, həm də xarici konteksti var və bir-biri ilə yüksək dərəcədə bağlıdır. İlham Əliyevə yüksək ictimai dəstək var və müxalifətin məsələləri həll olunub və həll olunur. Növbədənkənar seçkilər onların Qarabağ ərazisində mümkün qədər tez keçirilməsi və bununla da Qarabağda Azərbaycan hakimiyyətinin bir daha legitimləşdirilməsi üçün bir fürsətdir. Bu, Qarabağ əhalisinin İlham Əliyevin timsalında yeni hökumət seçdiyini söyləməyə imkan verəcək. 2024-cü il Ermənistan və region üçün həlledici il olacaq. İlham Əliyev bunu başa düşür. Və təbii ki, hazırlaşır. Biz isə...”, - deyə Geğamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin