KİV: Ermənistanda ən iyrənc tiranlıq qurulub, ölkə polis dövlətinə çevrilib

2023/12/2023--1702024649.jpg
Oxunub: 127     14:30     08 Dekabr 2023    
2022-ci ilin sentyabrında keçirilən yerli özünüidarəetmə seçkiləri nəticəsində qeyri-hökumət nümayəndəsi, yəni “Yaşanılası Ölkə” partiyasının namizədi Arkadi Tamazyan Alaverdi icmasının başçısı olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, ötən 1 ildən artıq müddət ərzində Alaverdi Ağsaqqallar Şurasında səslərin demək olar yarısına sahib olan hakim Vətəndaş Müqaviləsi Partiyasını narahat edən yeganə başağrısı hansı pisliyi etmələri, kimə təzyiq etmələri, kimi təqiblərə məruz qoymaları idi.

“Sonda adamları döyməklə, sürüməklə, həbs etmək və ya saxlamaqla, qapıları sındırmaqla Paşinyanın partiyası Alaverdi şəhər bələdiyyəsini zəbt edib və bir müddət sonra şəhər başçısı vəzifəsini də qəsb edib”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, Ermənistanda ən iyrənc tiranlıq qurulub, ölkə ürək ağrıdan polis dövlətinə çevrilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tiranlıq  


Bizi "telegram"da izləyin