Kolumbiyada keçirilən müdafiə sənayesi sərgisində Türkiyədən iki şirkət iştirak edib

2023/12/1702024453.jpg
Oxunub: 186     15:33     08 Dekabr 2023    
Latın Amerikası və Karib hövzəsinin ən böyük sərgilərindən biri olan “Expodefensa” Təhlükəsizlik və Müdafiə Sənayesi Sərgisi 2023 Türkiyənin iştirakı ilə Kolumbiyada keçirilib.

Ordu.az xəbər verir ki, paytaxt Boqotadakı “Corferias”da keçirilən sərgidə Türkiyədən ASELSAN və “Otokar” iştirak edib.

Aviasiya, dəniz və müdafiə sahələrində yeni məhsul və xidmətlərin təqdim olunduğu sərginin 5-7 dekabr tarixlərində minlərlə insanın ziyarət etdiyi təxmin edilir.

Türkiyənin Boqotadakı səfiri Beste Pehlivan Sun “Expodefensa”nın Latın Amerikasının ən əhəmiyyətli sərgilərindən biri olduğunu bildirib.

Türkiyə şirkətlərinin sərgidə olmasının əhəmiyyətinə toxunan Sun bildirib: “Təbii ki, bu məsələdə onlara dəstəyimiz vacibdir. Kolumbiya və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirməsi üçün hər fürsətdə və hər şəkildə çalışmaqda davam edirik”.

Sərginin açılışı Kolumbiyanın müdafiə naziri İvan Velaskesin və yüksək rütbəli hərbçilərin iştirakı ilə keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Türkiyə  


Bizi "telegram"da izləyin