“Son 20 ildə bu vəzifələri tutan şəxslər öz vəzifələrini natamam yerinə yetiriblər” - Babayan

2023/06/1685600607.jpg
Oxunub: 5307     16:35     08 Dekabr 2023    
“Qarabağ təhlükəsizlik şurası”nın (ləğv edilmiş qondarma qurum-red.) “keçmiş katibi” Samvel Babayanın 44 günlük müharibə və 2020-ci il noyabrın 10-da imzalamış üçtərəfli bəyanat ilə bağlı “Qarabağ prokurorluğu”nda açılmış cinayət işi çərçiçəsində dindirildiyini yazmışdıq və onun ifadəsinin bir epizodunu yayımlamışdıq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, qeyd olunan epizodda Babayan deyir ki, 44 günlük müharibə zamanı Qarabağda olan “yüksək rütbəli məmurlar” nəyin bahasına olursa-olsun müharibəni dayandırmaq xahişi ilə (separatçılar-red.) iki dəfə Paşinyana müraciət ediblər.

O bildirib ki, Paşinyana əvvəlcə “Qarabağın keçmiş rəhbərləri” Arkadi Qukasyan, Bako Sahakyan və Arayik Harutyunyan, ikincisi isə “Qarabağ parlamenti”nə daxil olan siyasi qüvvələr xahiş ediblər.

Nəşr Babayanın ifadəsinin 44 günlük müharibə zamanı Ermənistan və Qarabağda hərbi səfərbərliyin təşkili və Gəncə hava limanının atəşə tutulmasından bəhs edən hissəsini təqdim edib.

“Səfərbərlik səhv planlaşdırılıb. Hərbi qulluqçular peşə və ərazilərə görə düzgün bölünməmişdi. Yəni şəxsi heyət hərbi ixtisaslar üzrə bölüşdürülməmişdi, şəxsi heyət isə relyefə bələd deyildi, döyüş tapşırığını yerinə yetirmək iqtidarında deyildi... Demək olar ki, hərbi səfərbərlik təşkil edilməyib, fərarilik halları çox olub. Səfərbərliyin hazırlanmasına Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və “müdafiə ordusu”un (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) “komandirinin müavin-qərargah rəisi” cavabdeh idi. Son 20 ildə bu vəzifələri tutan şəxslər öz vəzifələrini natamam yerinə yetiriblər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin