Rusiyalı politoloq: “Ermənistan rəhbərliyinin KTMT-yə qarşı davranışı şantaj və təxribatdır”

2023/12/1702020444.jpg
Oxunub: 8311     15:26     08 Dekabr 2023    
Rusiyalı politoloq Aleksey Muxin Ermənistan rəhbərliyinin KTMT ilə bağlı hərəkətlərini, xüsusən də Ermənistan parlamentinin sədri Alen Simonyanın KTMT-yə üzv dövlətlərin Parlament Assambleyasının sessiyasında iştirakdan imtina etməsini şərh edib.

Ordu.az xəbər verir ki, onun sözlərinə görə, əslində Ermənistan rəhbərliyinin KTMT-yə qarşı davranışı müəyyəndir, bu xətt şantaj adlanır.

“Bir tərəfdən, əldə etdiyimiz məlumata görə, Ermənistan KTMT-dən çıxmağı planlaşdırmır, çünki bu onu çox çətin beynəlxalq vəziyyətə salacaq. Amma digər tərəfdən, şantaj təxribatla birləşir”, - deyə Muxin bildirib.

Rusiyalı politoloq vurğulayıb ki, KTMT-nin iclaslarının və rəsmi tədbirlərinin boykot edilməsi guya Ermənistan rəhbərliyinin KTMT-nin Qarabağdakı vəziyyətə müdaxilə etmədiyinə görə qisasıdır.

“Baxmayaraq ki, KTMT-nin bunun üçün heç bir hüquqi əsası yox idi. Ermənistan tərəfi məlum səbəblərə görə bu sadə fakta məhəl qoymur və Ermənistanın Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyata hazırlaşmaması faktını aradan qaldıraraq, məsuliyyəti KTMT-nin üzərinə qoymağa çalışır”, - deyə ekspert bildirib.

Muxinin qənaətincə, KTMT sessiyalarında iştirak ilk növbədə Ermənistanın özünə lazımdır ki, təcili problemlərin nəbzini tutsun.

“Bilirsiniz, fakt budur ki, KTMT Ermənistan üçün Ermənistan ərazisinin təhlükəsizliyinin təminatıdır. Ermənistan bunu çox gözəl başa düşür, lakin digər tərəfdən Ermənistanın görüşlərdə iştirak etməməsi Ermənistanın təşkilatdakı statusuna hər hansı bir şəkildə təsir etməyəcək”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin