“Ermənistan Rusiyadan asılılığını azaltmaq üçün səylərini davam etdirəcək” - Viktor Kipiani

2023/12/vikto-1702044113.jpg
Oxunub: 2399     17:37     08 Dekabr 2023    
“Ermənistan rəhbərliyinin siyasi yanaşması ilk növbədə təhlükəsizlik sahəsində Rusiya amilindən asılılığın azalmasına gətirib çıxarır”.

Ordu.az xəbər verir ki, bunu “Geocase” Gürcüstan analitik mərkəzinin rəhbəri Viktor Kipiani deyib.

Onun sözlərinə görə, bunu həm rəsmi İrəvanın müxtəlif bəyanatları, həm də bu və ya digər qərarları sübut edir.

“Ona görə də, düşünürəm ki, bu tendensiya gələcəkdə proqnozlaşdırılan şəkildə artacaq və biz regionda daha maraqlı konfiqurasiyanın şahidi ola bilərik”, - deyə Kipiani qeyd edib.

O ümid etdiyini bildirib ki, Ermənistan rəhbərliyi bütün riskləri əvvəlcədən hesablayır.

Rusiyanın hərəkətlərinin proqnozlaşdırıla bilənliyinə gəlincə, bu proqnozlaşdırıla bilənlik, Kipianinin qənaətincə, həmişə bütün təsəvvürlərdən kənardadır.

“Təəssüf ki, şimal qonşumuz heç vaxt müdaxilənin bu və ya digər forması üçün xüsusi səbəblər axtarmır. Ona görə də hesab edirəm ki, Rusiyadan istənilən sürpriz gözləmək olar”, - ekspert qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin