ROKETSAN 25 ədəd L-UMTAS Tank Əleyhinə Raketini TSQ-yə təhvil verib

2023/12/KMC-1702019994.jpg
Oxunub: 4341     11:39     08 Dekabr 2023    
Türkiyənin dəqiq idarə olunan sursatlar sahəsində texnologiya nəhəngi olan ROKETSAN Türkiyə Silahlı Qüvvələrinə tədarüklərini davam etdirir.

Ordu.az xəbər verir ki, son olaraq ROKETSAN 25 ədəd Tandem Döyüş Başlıqlı L-UMTAS Tank Əleyhinə Raketini təhvil verib.

ROKETSAN tərəfindən milli imkanlarla inkişaf etdirilən və yerli imkanlarla istehsal edilən L-UMTAS Tank Əleyhinə Raketi T-129 “Atak” Hücum və Taktiki Kəşfiyyat Helikopteri, AH-1W “SuperCobra”, S-70B “Seahawk” və KMC Taktiki Silah Sistemi tərəfindən istifadə edilə bilər.

L-UMTAS tanklar və oxşar zirehli quru platformaları ilə yanaşı, uzunmüddətli atəş nöqtəsi və səngər kimi hədəflərin məhv edilməsində də fəal rol oynayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Türkiyə  


Bizi "telegram"da izləyin