Sloveniya Almaniya ilə IRIS-T SLM tədarükü məsələsində razılığa gəlib

2023/12/1702019730.jpg
Oxunub: 7462     18:21     08 Dekabr 2023    
Alman şirkəti “Diehl Defence” IRIS-T ixracını genişləndirir.

Ordu.az xəbər verir ki, Sloveniya Müdafiə Nazirliyinin katibi Damir Çrnçeç və Almaniya Müdafiə Nazirliyinin katibi Benedikt Zimmer Berlində Sloveniyanın Avropa Səma Qalxanı Təşəbbüsü (European Sky Shield Initiative, ESSI) çərçivəsində IRIS-T SLM sistemlərinin tədarükündə iştirak edəcəyini nəzərdə tutan proqram sazişi imzalayıblar.

Ötən ilin oktyabrında keçirilən NATO Nazirlər Toplantısı zamanı Sloveniya Almaniyanın tərəfindən başladılan və 19 Avropa ölkəsinin iştirak etdiyi ESSI-də iştirak etməklə bağlı niyyət məktubu imzalayıb.

Rəsmi açıqlamalarda Sloveniyanın təşəbbüsün 19 üzvü arasında IRIS-T SLM sisteminin alınması üçün Almaniya ilə razılığa gələn ilk ölkə olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sloveniya   Almaniya  


Bizi "telegram"da izləyin