Çin EDEX 2023 sərgisində yeni raketini təqdim edib

2023/12/Ekran-1702033185.jpg
Oxunub: 5278     14:56     08 Dekabr 2023    
Beynəlxalq iştirakçılar Misirdə keçirilən EDEX 2023 sərgisində yeni nəsil məhsul ailələrini nümayiş etdirirlər.

Ordu.az xəbər verir ki, son zamanlar müdafiə sənayesi sahəsinə əhəmiyyətli investisiyalar qoyan Çin sərgidə bir çox sistemlərini nümayiş etdirir.

Sərgidə diqqət çəkən məhsullar arasında Çin istehsalı olan QN-202 miniatür raketi də olub.

QN-202 miniatür idarə olunan raketi Pekində yerləşən “Poly Technologies” şirkəti tərəfindən istehsal edilib.

Raket və hərbi məhsullar üzrə ixtisaslaşan şirkət Çinin aparıcı silah ixracatçılarından biri kimi tanınır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   EDEX-2023  


Bizi "telegram"da izləyin