Səudiyyə Ərəbistanı 4-cü “Al Jubail” sinfinə məxsus korveti təhvil alıb

2023/12/1702019437.jpg
Oxunub: 444     22:18     09 Dekabr 2023    
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələri (HDQ) yeni gəmisini təhvil alıb.

Ordu.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral HDQ dekabrın 5-də Ciddədəki Kral Feysal Dəniz Bazasında keçirilən mərasimdə “Navantia”dan sifariş etdiyi 4-cü “Al Jubail” sinfinə məxsus “Avante 2200” korveti RSN “Jizan”ı təhvil alıb.

Mərasimdə Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman, İspaniya ticarət nazirinin müavini Xiana Mendes, Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi, general Fəyyad bin Hamed Əl-Ruvayli, HDQ komandanı vitse-admiral Fəhd bin Abdulla Əl-Qofayli və “Navantia” prezidenti Rikardo Dominqes iştirak ediblər.

İspaniyada Navantia tərəfindən inşa edilən RSN “Jizan” korveti 2021-ci il iyulun 24-də dənizə endirilib və sonra təchiz olunmaq üçün Səudiyyə Ərəbistanına göndərilib.

“Navantia” və Səudiyyə Ərəbistanı dövlətinə bağlı müdafiə sənayesi şirkəti SAMI arasında ortaq şəkildə qurulan “SAMI Navantia” tərəfindən təchiz edilən gəmi testlər və dəniz sınaqları üçün Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə təhvil verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistan   Al-Jubail  


Bizi "telegram"da izləyin