OCCAR Yaponiyanın “Eurodrone” proqramında müşahidəçi statusunu təsdiqləyib

2023/12/2023--1702018768.jpg
Oxunub: 6522     16:20     08 Dekabr 2023    
Avropada Birgə Silah Əməkdaşlığı Təşkilatı (OCCAR) Yaponiyanın “Eurodrone” proqramında müşahidəçi statusunu təsdiqləyib.

Ordu.az xəbər verir ki, Yaponiyanın proqram üçün təsdiq məktubunu OCCAR Müşahidə Şurasının sədri vitse-admiral Stavitzki imzalayıb.

Son zamanlar Yaponiya Pilotsuz Uçuş Aparatlarına (PUA) böyük əhəmiyyət verməyə başlayıb.

Sakit okeanda ada ölkəsi olan Yaponiya adalarını həm Rusiya, həm Çin, həm də Şimali Koreyaya qarşı PUA-larla qoruyur.

Xüsusilə ABŞ istehsalı olan PUA-lar Yaponiyanın hazırkı inventarındadır. Bundan əlavə, son aylarda Avstraliya və ABŞ Yaponiya ilə birgə PUA layihəsi hazırlamağı nəzərdən keçirdiklərini qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: OCCAR   Yaponiya   Eurodrone  


Bizi "telegram"da izləyin