Almaniya HDQ tarixinin ən böyük layihəsi olan F126 freqatlarının təməli qoyulub

2023/12/2023--1702018611.jpg
Oxunub: 7667     17:08     08 Dekabr 2023    
“Damen Shipyards” şirkəti üçün prestij layihəsi olaraq qəbul edilən yeni çoxməqsədli F126 freqatlarının istehsalına başlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Damen Shipyards” tərəfindən verilən açıqlamada bildirilib.

Açıqlamada Almaniyanın Volqast şəhərindəki “Peene” gəmiqayırma zavodunda təşkil edilən rəsmi mərasimdə əsas podratçı “Damen Shipyards”, layihə ortağı “NVL Group” rəsmiləri və Almaniya hökumətinin nümayəndələrinin F126 freqatının təməlini qoyduğu paylaşılıb.

2020-ci ilin iyun ayında Bundesverin (Almaniya Silahlı Qüvvələri) avadanlıqların idarə olunması agentliyi olan “BAAINBw” 4 ədəd F126 freqatının inşası müqaviləsini subpodratçılar “Blohm+Voss” və “Thales” ilə birlikdə əsas podratçı kimi “Damen Naval”a verib.

Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) tarixində ən böyük gəmiqayırma layihəsi olan bu layihəyə daha iki freqat modeli daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   HDQ  


Bizi "telegram"da izləyin