İsrail hökumətinin əlavə “müharibə büdcəsi” parlamentdə ilk səsvermədə qəbul edilib

2023/12/2023--1702018467.jpg
Oxunub: 201     15:46     08 Dekabr 2023    
İsrail hökumətinin hazırladığı təxminən 8 milyard dollarlıq əlavə “müharibə büdcəsi” parlamentdəki ilk səsvermədə qəbul edilib.

Ordu.az xəbər verir ki, İsrail parlamentində keçirilən səsvermədə 62 deputat büdcənin lehinə, 53-ü əleyhinə səs verib, 5 deputat səsvermədə iştirak etməyib.

Baş nazir Benyamin Netanyahu hökumətinin müharibə xərcləri üçün hazırladığı əlavə büdcə parlamentdən keçəcək ikinci və üçüncü səsvermədə qəbul edilməlidir.

Müharibə kabinetinin üzvü və keçmiş müdafiə naziri Benni Qantsın rəhbərlik etdiyi Milli Birlik Partiyasının üzvlərinin büdcəyə qarşı çıxdıqları bildirilib.

Qantsın İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinə ayrılan büdcələrin qorunmasına qarşı çıxdığı və diqqəti müharibə ehtiyaclarına yönəltməyi tələb etdiyi qeyd olunub.

Vurğulanıb ki, Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyasından nazir Nir Barkat səsvermədə iştirak etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Müharibəbüdcəsi  


Bizi "telegram"da izləyin