UÇAKSAN Türkiyədə aviasiya fəaliyyətini dayandırmaq qərarına gəlib

2023/12/2023--1702018377.jpg
Oxunub: 8034     15:08     08 Dekabr 2023    
Bursada yerləşən UÇAKSAN şirkəti Türkiyədəki aviasiya fəaliyyətini dayandırmağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin verdiyi açıqlamada bildirilib.

Qeyd olunur ki. şirkət xarici tərəfdaşla başqa ölkədə fəaliyyətini davam etdirəcək.

Şirkətin qurucusu Emre Balcı UÇAKSAN-ın “X” hesabından qərarla bağlı bu açıqlamanı verib:

“Türkiyə üçün 5 il əvvəl başladığımız təlim təyyarəsi layihəmiz 1 il əvvəl uğurla tamamlandı. Tamamilə yerli və milli imkanlarla dizayn və istehsal edilən təyyarəmiz öz sinfində ən yaxşı xüsusiyyətlərə malikdir. Məqsədimiz Türkiyənin mülki aviasiya sahəsində öz təyyarəsinə sahib olması idi. Bu, strateji baxış layihəsi idi. Biz bunu dövlət vasitəsilə yox, özəl sektor vasitəsilə edirdik. Əksər ölkələrdə hələ də bu səviyyədə texnologiya olmasa da, biz buna uğurla nail olmuşuq. Məhsulumuz hazır olsa da, günün sonunda sifarişlər alsaq da, onu kütləvi istehsala hazır vəziyyətə gətirmək üçün maliyyə vəsaiti lazım idi. Ölkəmizin düşdüyü vəziyyət, kapital sahiblərinin daşınmaz əmlaka və digər sahələrə kommersiya məqsədli sərmayə qoymağa davam etməsi bizim üçün problem yaradırdı. Buna görə də yerli və milli olaraq inkişaf etdirdiyimiz layihənin gələcəyi üçün Türkiyədəki aviasiya layihələrimizi dayandırmağa qərar verdik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UÇAKSAN   Türkiyə  


Bizi "telegram"da izləyin