Pentaqon Şimal qütbündə “Starlink”i uğurla sınaqdan keçirib

2023/12/1702017798.jpg
Oxunub: 2489     20:23     08 Dekabr 2023    
“SpaceX”in “Starlink” peyk xidməti ABŞ-nin Şimal Qütbündə doqquz aylıq hərbi sınaqlarını uğurla başa vuraraq, sahibi İlon Maskın strateji rəqabətin artdığı bir bölgədə Pentaqon ilə əlaqələrini dərinləşdirməsinə yol açıb.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Tədqiqat Laboratoriyasının İnteqrasiya İmkanları Direktorluğunun baş mühəndisi Brayan Beal daha öncə açıqlanmayan sınaqların “StarLink”in “hərəkətdə olan tətbiqlər də daxil olmaqla, Arktikada etibarlı və yüksək performanslı rabitə sistemi” olduğunu ortaya qoyduğunu deyib.

Onun sözlərinə görə, “Starlink”in Pentaqonun ehtiyacları üçün faydalı olması iyun ayında başa çatan təlimlərdə qiymətləndirilib.

“SpaceX” sözçüsü şərh sorğusuna cavab verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Şimal-qütbü  


Bizi "telegram"da izləyin