Türkiyə Quru Qoşunları Komandanlığına yeni məhsullar qəbul edilib

2023/12/1702017514.jpg
Oxunub: 4964     13:45     08 Dekabr 2023    
2023-cü il dekabrın 7-də Türkiyə Milli Müdafiə Nazirliyinin Həftəlik Mətbuatı Məlumatlandırma Toplantısı keçirilib.

Ordu.az xəbər verir ki, bu çərçivədə 13 ədəd DROPS vasitəsi, 25 ədəd L-UMTAS-Tandem raketi və 4 ədəd “Avcı-2” görüntüləmə sisteminin Türkiyə Quru Qoşunları Komandanlığına qəbul edildiyi bildirilib.

Həmçinin qeyd edilib ki, 6 ədəd “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatının (PUA) yoxlanış və qəbul fəaliyyətləri başa çatıb.

Bundan əlavə, yerli və milli istehsal olan “Tuna” mühərriklərinin “Kirpi” və “Vuran” zirehli vasitələrinə quraşdırılması ilə bağlı 50 ədəd vasitənin texniki baxış və qəbuluna dekabrın 4-dən başlanıldığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   DROPS  


Bizi "telegram"da izləyin