İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilir - FOTOLAR

2023/12/05e27-1701959122.jpg
Oxunub: 7522     18:23     07 Dekabr 2023    
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə təlim-metodiki toplantı keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təlim-metodiki toplantıda çıxış edən İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov 2023-cü il ərzində İİ və MPT sahəsində görülən işlər, bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu qeyd edən idarə rəisi ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar hərbi hissələrdə nəzərdə tutulmuş tədbirlərin planlı şəkildə təşkil olunduğunu və keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri çıxış edərək şəxsi heyətin mənəvi-psixoloji səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər və ordunun döyüş qabiliyyətinə təsir edən digər mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

Sonra Milli Məclisin deputatı Arzu Nağıyev "Regionda və dünyada cərəyan edən ictimai-siyasi hadisələr və Azərbaycan Respublikasının rəhbərliyinin bu sahədə fəaliyyəti" mövzusunda çıxış edib.

Plana uyğun olaraq təlim-metodiki toplantında informasiya təhlükəsizliyi, regionda və dünyada cərəyan edən ictimai-siyasi hadisələr və digər mövzular əsasında çıxışlar dinlənilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Toplantı  


Bizi "telegram"da izləyin