Polşanın imzaladığı son milyard dollarlıq haubitsa müqaviləsi mübahisələrə səbəb olub

2023/12/1701940022.jpg
Oxunub: 6964     17:20     09 Dekabr 2023    
Polşanın vəzifəsindən ayrılmağa hazırlaşan müdafiə naziri Mariuş Blaşçak qarşıdan gələn hökumət dəyişikliyindən əvvəl ölkənin sonuncu böyük silah alqı-satqı müqaviləsini imzalayıb və Cənubi Koreyanın “Hanwha Defense” şirkətinə 152 ədəd özüyeriyən haubitsa sifariş edib.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində Polşa ordusu 2025-2027-ci illər arasında 6 ədəd K9A1 və 146 ədəd K9PL haubitsası alacaq.

Polşa Silahlı Qüvvələrindən verilən açıqlamada müqavilənin xalis dəyərinin 2,6 milyard dollar olduğu bildirilib.

“Hanwha Defense” gələcəkdə K9PL haubitsalarının Polşada istehsal oluna bilməsi üçün ölkənin dövlət müdafiə qrupu PGZ ilə müqavilə imzalayıb.

Ötən ilin oktyabrında Polşada keçirilən ümumi seçkilərdə müxalifət qalib gəlib. O vaxtdan bəri sağ mərkəzçi, liberal və solçu partiyaların koalisiyası parlamentə nəzarəti ələ keçirib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra müdafiə avadanlığı üçün görünməmiş xərcləmələrə yol açan sağçı Qanun və Ədalət partiyasını əvəz edəcək yeni kabinetin ilin sonuna kimi and içəcəyi gözlənilir.

Bu arada yeni hökuməti formalaşdırmağa hazırlaşan partiyaların bəzi siyasətçiləri Müdafiə Nazirliyinin son addımını tənqid edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Hanwha-Defense  


Bizi "telegram"da izləyin